22 Aprel 2026, 17:30
FUTBOL
PSJ "Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeşi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Paris təmsilçisinin baş məşqçisi Luis Enrike portuqaliyalı futbolçunun oyununu bəyənir. PSJ artıq 21 yaşlı oyunçu ilə ilkin danışıqlara başlayıb. Liqa 1 nəhəngi gənc yarımmüdafiəçini yayda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Mateuş Fernandeş bu mövsüm "Vest Hem"in heyətində keçirdiyi 37 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.



_1776883012.jpg)








_1776867456.jpg)