22 Aprel 2026, 18:36
FUTBOL
"Sabah" Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında "Qarabağ"ı qəbul edəcək. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmanın bütün biletləri satılıb.
"Sabah" Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında "Qarabağ"ı qəbul edəcək. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmanın bütün biletləri satılıb.
Matc.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün baş tutacaq "Sabah" – "Qarabağ" görüşü saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun 2:2 hesablı bərabərliklə nəticələnib.












