"Mançester Yunayted"in sabiq baş məşqçisi və əfsanəsi Aleks Ferqyuson "qırmızı şeytanlar"ın Premyer Liqanın 35-ci turunda "Liverpul"la qarşılaşmasından əvvəl xəstəxanaya yerləşdirilib.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, Ferqyusonu səhhəti pisləşən zaman "Old Trafford"da olub. Şotlandiyalı mütəxəssis təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hazırda davam edən oyunda "Mançester Yunayted" 2:0 hesabı ilə öndədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest