03 May 2026, 19:22
FUTBOL
"David Sezarın zədələnməsi oyunun qırılma anı idi".
"Şamaxı" Misli Premyer Liqasının 30-cu turunda evdə "Sabah"a 0:3 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, Şamaxı təmsilçisinin baş məşqçi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib:
"Sabah"ı çempionluq münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Azarkeşlərimizə dəstələrinə görə minnətdaram. David Sezarın zədələnməsi oyunun qırılma anı idi. Gənclərə şans verdik, epizodlar yaratdıq. "Sabah" kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyun var, mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq".












