"İnter" mövsümün sonunda müqaviləsi başa çatan Stefan de Vreji komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Milan təmsilçisi niderlandlı müdafiəçiyə sözləşmə təklif edib. Yeni müqavilədə 34 yaşlı futbolçunun maaşının azaldılması nəzərdə tutulub. Oyunçu təklifi qəbul etsə, daha 1 il klubda qalacaq.

Qeyd edək ki, Stefan de Vrey bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 15 oyunda məhsuldar hərəkətlə yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest