06 May 2026, 15:38
FUTBOL
"Barselona"nın hücumçusu Ferran Torres İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Aston Villa" ispaniyalı forvardı heyətinə qatmaq istəyir. İngiltərə klubu 26 yaşlı futbolçu üçün 60 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvarında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 20 qol vurub, 2 qol ötürməsi edib.












