06 May 2026, 16:47
FUTBOL
"Liverpul"un qapıçısı Alisson Beker karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" braziliyalı qolkiperlə razılıq əldə edib. Alisson Turin təmsilçisinin illik 5 milyon avro maaş təklifini qəbul edib. Klublar anlaşsa, transfer yayda baş tutacaq.
Qeyd edək ki, Alisson Beker bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 34 oyunda 36 qol buraxıb. 33 yaşlı futbolçunun klubla müqavilə gələn ilin yayında başa çatır.












