03 İyul 2019, 17:53
DÖYÜŞ NÖVLƏRİ
Sərbəst güləş yığmamız sabah ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayacaq. Matc.az xəbər verir ki, millimiz bu gün Türkiyəyə yola düşüb.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək.
Daha sonra komanda ayın 11-dən 14-dək həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.