11 May 2026, 11:55
FUTBOL
Yunanıstan Super Liqasında 2025/2026 mövsümünün qalibi məlum olub.
Matc.az xəbər verir ki, AEK mövsümün bitməsinə iki tur qalmış çempionluğu təmin edib.
Afina təmsilçisi 30-cu turda doğma meydanda "Panatinaikos"u 2:1 hesabı ilə məğlub edib. Xallarını 70-ə yüksəldən "sarı-qaralar" ən yaxın izləyiciləri PAOK-la "Olimpiakos"u 8 xal qabaqlayır.
Qeyd edək ki, AEK tarixi ərzində 14-cü dəfə Yunanıstan çempionu olub.













