Dünya çempionu olan Eldəniz Əzizli bu titula yiyələnən Azərbaycan yığmasının 11-ci güləşçisidi. Matç.az saytı xəbər verir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ona qədər 10 idmançımız mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Əzizli bu siyahıya 11-ci çempion kimi daxil olub. çempionlarımız bu yarışa müstəqil yığma kimi qatılmağa başladığı vaxtdan 14 qızıl medal qazanıb. Hacı Əliyev 3, Fərid Mansurov 2 dəfə çempion olubsa, digər 9 güləşçi 1 dəfə hamıdan güclü olub.

Eldənizin uğuru ilə "klassiklər" çempionluq sayında sərbəst güləşçilərə çatıb. Belə ki, 14 qızıldan 6-sını yunan-Roma, 6-sını sərbəst növdə güləşənlər əldə edib. Digər iki qızıl qadın güləşçilərinin hesabındadı.

Qeyd edək ki, güləşçilərimizin SSRİ yığmasında çıxış etdiyi dövrü də nəzərə alsaq, Eldənizin çempionluğu 20-ci nailiyyətdi. Təmsilçilərimiz ittifaq millisində 6 dəfə qızıla yiyələnib. Məhyəddin Allahverdiyev (yunan-Roma, 48 kq) üç, Arif Niftullayev (yunan-Roma, 74 kq), Aydın İbrahimov (sərbəst, 57 kq) və Xəzər İsayev (sərbəst, 62 kq) 1 dəfə çempion olub. Əzizli ümumilikdə bunu bacaran 15-ci təmsilçimizdi.

 Azərbaycan yığmasının dünya çempionları

Arif Abdullayev

Sərbəst, 66 kq

2003

Fərid Mansurov

Yunan-Roma, 66 kq 

2007, 2009

Mariya Stadnik

 

Qadın, 48 kq

2009

Yuliya Ratkeviç

Qadın, 59 kq

2009

Xetaq Qazyumov

Sərbəst, 96 kq

2010

Həsən Əliyev

Yunan-Roma, 60 kq

2010

Rövşən Bayramov

Yunan-Roma, 55 kq

2011

Şərif Şərifov

Sərbəst, 84 kq

2011

Hacı Əliyev

Sərbəst, 61 kq

2014, 2015, 2017

Rəsul çunayev

Yunan-Roma, 71 kq

2015

Eldəniz Əzizli

Yunan-Roma, 55 kq

2018

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest