04 İyul 2019, 18:21
DÖYÜŞ NÖVLƏRİ
İyulun 21-də Bakıda Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) start götürəcək. Matc.az xəbər verir ki, ötən ay İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatından sonra demək olar ki, fasilə verməyən yeniyetmələrdən ibarət yığmalarımız EYOF üçün son təlim-məşq toplanışına başlayıb.
Yunan-Roma güləşçilərimiz iyunun 26-da Göygöldə hazırlıq keçir. Yerli Olimpiya İdman Kompleksində böyük məşqçi Taleh İsrafilov və məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 22 güləşçi toplanışda iştirak edir.
Qeyd edək ki, sərbəst güləş üzrə müvafiq yığmamız bu gün Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Yeniyetmə qızlar isə festivala hazırlığı paytaxtda davam etdirir.