İtaliyanın Neapol şəhərində keçirilən Yay Universiadasında Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) gümüş medal qazanıb. Matc.az xəbər verir ki, idmançımız Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fransa, Monteneqro və Monqolustan təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici görüşdə rusiyalı Yevgeni Prokopçuka uduzan Hidayət Universiadada 2-ci yeri tutub.

Qeyd edək ki, bu Azərbaycanın Universiadada ilk  medalı olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest