"Səbail" Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Rumıniyanın "Universitatya Krayova" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, heyətə bütövlükdə 21 futbolçu daxil edilib.
 
Onlardan üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, üçü hücumçudu.
 
Qapıçılar: 50. Fərhad Vəliyev, 25. Elxan Əhmədov, 12. Daniel Bojinovski;
 
Müdafiəçilər: 4. Eltun Yaqublu, 34. ürfan Abbasov, 5. Vüqar Bəybalayev, 26, Kamal Qurbanov, 3. Turan Manafov, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 21. Eriko Da Silva;
 
Yarımmüdafiəçilər: 9. Mirsayib Abbasov, 14. Rahid Əmirquliyev, 8. Yevgeni Koçuk, 11. Dilan Diventru, 6. Maykl Essyen, 17. Elçin Rəhimli, 7. Fəhmin Muradbəyli;
 
Hücümçular: 10. Ağabala Ramazanov, 22. Mirabdulla Abbasov, 91. Bilal Həmdi.
 
Qeyd edək ki, "Səbail" "Universitatya Krayova"ya qarşı ilk oyunu iyulun 11-də, "ASCO Arena"da, cavab qarşılaşmasını isə iyulun 18-də, Rumıniyada – "İon Oblemenko" stadionunda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest