Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib.
Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, İslandiyadakı cavab oyunu iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da start götürəcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
9 iyul
"Qarabağ" – "Vestri" - 3:0
Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 86
Baş hakim: Roman Jitari
Baş hakimin köməkçiləri: Vlad Lifçu, Vadim Vikol
Dördüncü hakim: Andrey Brequta
VAR: Luka Cibelli
AVAR: Anojen Kanaqasinqam
Tofiq Bəhramov adına Respublika stadionu (Bakı)
"Qarabağ": 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov (k), 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.
Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 23 Martin Zlomişliç, 13 Bəhlul Mustafazadə, 18 Dani Bolt, 24 Jeremi Qnali, 25 Cebrail Makreckis, 44 Elvin Cəfərquliyev, 30 Abbas Hüseynov, 7 Jali Muaddib, 9 Joni Montiel, 17 Kamilo Duran, 28 Samuel Lobato, 29 Renaldo Sefas, 32 Hikmət Cəbrayılzadə, 22 Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
"Vestri": 1 Steinarsson, 15 Svavarsson, 3 Edson Eduardo Dias Qom, 12 Fete, 22 Qardarsson (k), 10 Haftorsson, 17 Hauksson, 29 Çeşmedciyev, 77 Fall, 6 Balde, 23 Hermannsson.
Ehtiyat oyunçular: 13 Olafsson, 4 Torsteinsson, 5 Siqurdsson, 8 Qunnarsson, 9 Qudmundsson, 11 Finboqason, 14 Maqnusson, 16 Vilhyalmsson, 18 Helqason, 20 Yonsson, 21 Arason.
Baş məşqçi: David Smari Lamude.













