10 İyul 2026, 00:21
AVROPA LİQASI
Sofiya SSKA-sı UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda İrlandiyanın "Derri Siti" klubunu qəbul edib.
Matc.az xəbər verir ki, qarşılaşma Bolqarıstan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mmeydan sahiblərinin qollarını İoannis Pittas (20, 53) və Brunu Jordau (42) vurublar. Qonaqların heyətində isə Ronan Boys (31) və İbrahim Olayinka (89) fərqləniblər.
Bu komandalar arasında cavab görüşü iyulun 16-da İrlandiyada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Qarabağ" – "Vestri" cütünün güclüsü ilə üz-üzə gələcək.













