"Müdafiədəki boşluqlar bizi narahat edir. Həm Rasim, həm Bəhlul inandığımız futbolçulardı"

"Oyuna ciddi hazırlaşmışdıq. üzərimizdə gərginlik var idi". Matç.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının IX turunda "Sumqayıt"la qarşılaşan "qırmızı-qaralar" meydanı 2:2 hesablı bərabərliklə tərk edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bu sözləri deyib: "Qələbə qazanmaq üçün alışıb yanırıq. İstək daha çox idi. çalışacağıq qarşıdakı oyunlarda bir az rahat oynayaq. İlk hissədə qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik. Əvəzləmədən sonra ikinci hissədə daha yaxşı oynadıq. Uduza da bilərdik, qalib də gələ bilərdik".

- İlk hissədəki zəif oyunda "Neftçi" üzərindəki qələbənin gətirdiyi rahatlıq deyildi?

- Deməzdim ki, boşluq var idi. Əksinə, qələbə üçün tələsirdir. Bu da gərginlik yaradırdı. Qırmızı vərəqə epizoduna baxmaq lazımdı ki, orda qərar doğru idi, ya yox.

- İlk dəqiqələrdə Bəhlul Mustafazadəni oynada bilməzdiz?

- Müdafiədəki boşluqlar bizi narahat edir. Həm Rasim, həm Bəhlul inandığımız futbolçulardı. Onlar da səhv edə bilər. çalışacağıq bu problemləri aradan qaldıraq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest