Boks üzrə Azərbaycan millisinin baş məşqçisi Vaqif Şirinov vəzifəsindən ayrılıb. Matc.az xəbər verir ki, bu barədə mütəxəssis özü şəxsi feysbuk səhifəsində yazıb.

O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 3 ildi çalışdığı millidən ayrıldığını bildirib. Şirinov 2 il yeniyetmələrə, 1 il isə əsas komandaya rəhbərlik edib.

Bu müddətdə komandalarımız onun başçılığı altında Avropa və dünya çempionatlarına qatılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest