İkinci hissədə yaxşı oynadığımızı düşünürəm. İlk hissədə ardıcıl 2 qol buraxmağımız bizdə çaşqınlıq yaratdı, sonra isə öz oyunumuzu tapdıq. 2 top geridən gəlib hesabı bərabərləşdirmək də komandanın gücündən xəbər verir.

"Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi. Hər iki komanda şanslar yaratdı, qollar vurdu. Düşünürəm ki, bu hesabı qənaətbəxş saymaq olar".

Matç.az  xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun futbolçusu Lalavele Atakora Topaz Premyer Liqasının IX turunun səfərdə "Sumqayıt"la 2:2 hesabı ilə başa çatan oyunundan sonra bildirib. 28 yaşlı toqolu yarımmmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb.

- "Qəbələ" klubu I və VIII  turda qalib gəlib. İndi azarkeşlər növbəti qələbə üçün XV turu gözləməlidir?

- Mən belə olduğunu düşünmürəm. Biz hər iki oyuna qələbə qazanmaq üçün çıxırıq. Bu oyuna da 3 xal qazanmaq üçün çıxmışdıq. Ancaq bu, futboldu, bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Növbəti turda doğma meydanda öz azarkeşlərimiz qarşısında oynayacağıq və qələbə qazanmağa çalışacağıq.

- "Neftçi" üzərində qələbədən sonra komandadan yaxşı oyun və qələbə qazanmağı gözlənilirdi. Amma bu gün komanda qalib gələ bilmədi, bu nə ilə əlaqədardır?

- İkinci hissədə yaxşı oynadığımızı düşünürəm. İlk hissədə ardıcıl 2 qol buraxmağımız bizdə çaşqınlıq yaratdı, sonra isə öz oyunumuzu tapdıq. 2 top geridən gəlib hesabı bərabərləşdirmək də komandanın gücündən xəbər verir. Düşünürəm ki, "Sumqayıt" da güclü komandadı və bu gün yaxşı oynadı.

- Oyunun sonlarında gərginlik yaşandı. Bu haqda nə deyə bilərsiniz?

- Mən həmin epizodda heç kimi görmədim və bilərək heç kimi vurmadım.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest