Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, turun son günündə 2 qarşılaşma baş tutub.
"Bayıl Arena"da "Səbail" "Keşlə"ni qəbul edib. üç qolun vurulduğu görüşdə meydan sahibləri qələbə qazanıb – 2:1. Bu, Aftandil Hacıyevin yetirmələrinin yenidən 3-cü pilləyə qayıtması üçün kifayət edib.
Turun mərkəzi oyununda "Neftçi" "Qarabağ"la qarşılaşıb. Bütün ölkə çempionatlarının iştirakçıları arasında Azərbaycan derbisində paytaxt klubu qalib gəlib.
"Neftçi" oyunun taleyini böyük olçüdə ilk yarıda vurulan iki qolla həll edib. Qonaqlar fasilədən sonra yalnız qollardan birinin əvəzini çıxa bilsə də, ölkənin ən titullu klubu 3-cü topu vurmağı bacarıb. Bu qələbədən sonra Roberto Bordinin yetirmələri izləyiciləri ilə fərqi 6 xala çatdırıb. Ehtiyatdan bir oyunu olan Qurban Qurbanovun yetirmələri isə liderliyə potensial şərikliyini itirib.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında "Sabah" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib, "Sumqayıt" "Qəbələ" ilə heç-heçə edib – 2:2.
Topaz Premyer Liqası
IX tur
28 oktyabr (bazar)
"Neftçi" – "Qarabağ" - 3:1
Qollar: Abbas Hüseynov, 10-ö.q., Mirabdulla Abbasov, 25, Baqali Dabo, 88 - Mahir Mədətov, 85
"Bakcell Arena". Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
"Neftçi": 1. Səlahət Ağayev, 28. Slavko Braliç, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 26. ömər Buludov, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 18. Tural Axundov, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyyubov, 17. Rəhman Hacıyev, 37. Vüsal Əsgərov, 11. Kvame Karikari
Baş məşqçi: Roberto Bordin
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Qerye
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner Da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
"Səbail" – "Keşlə" - 2:1
Qollar: Yevgeni Koçuk, 24-p., Fəhmin Muradbəyli, 29 - Denis Silva, 90+2
Qırmızı vərəqə: Yevgeni Koçuk, 48
"Bayıl Arena". Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
"Səbail": 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 27. Emil Martinov, 33. Tome Kitanovski, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 28. Kevin Kubemba, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 4. Enrike Perilyo, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimov, 88. Orxan Qurbanlı, 96. Murad Məmmədov
Baş məşqçi: Aftandil Hacıyev
"Keşlə": 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 17. Samir Məsimov, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 31. Georgios Georgiadis, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 80. Diallo Quydileye
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 2. Sərtan Taşqın, 9. Amil Yunanov, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 21. Herve Tçami, 71. Emin Quliyev, 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis
Baş məşqçi: Mladen Milinkoviç
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Neftçi |
9 |
7 |
1 |
1 |
19-7 |
22 |
2 |
Qarabağ |
8 |
5 |
1 |
2 |
14-10 |
16 |
3 |
Səbail |
9 |
5 |
1 |
3 |
12-11 |
16 |
4 |
Sabah |
9 |
5 |
1 |
3 |
8-9 |
16 |
5 |
Sumqayıt |
9 |
3 |
2 |
4 |
10-11 |
11 |
6 |
Qəbələ |
9 |
2 |
3 |
4 |
12-13 |
9 |
7 |
Keşlə |
8 |
1 |
2 |
5 |
7-12 |
5 |
8 |
Zirə |
9 |
1 |
1 |
7 |
7-16 |
4 |
Bombardirlər: Marko Deviç (Sabah), Baqali Dabo (Neftçi) – 5.