12 İyul 2019, 22:26
DÖYÜŞ NÖVLƏRİ
Gənc sərbəst güləşçilərimiz Yaponiyada təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, iyulun 7-dən gündoğar ölkəyə səfər edən millimiz ayın 17-dək yerli komandayla birgə hazırlıq prosesini davam etdirəcək.
Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Komatsu şəhərində toplanış keçən yığmamız fiziki çalışmalarla yanaşı, taktiki-texniki hazırlıq üzərində işləyir.
Qeyd edək ki, komandamız Komatsuda yüksək qonaqpərvərliklə üzləşib. İlk gündən qonaqlara qarşı böyük diqqət göstərən yaponlar bu gün şəhərin merinin təşəbbüsüylə millimiz üçün ziyafət təşkil edib.