Yarımmüdafiəçi Rayan Şerki avqust ayının yekunlarına görə "Mançester Siti"nin ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, ötən ay yarımmüdafiəçi "Bornmut"la matçda (2:1) iki məhsuldar ötürmə edib və "Kristal Pelas"la görüşdə (4:1) 2 qol vurub. Şerkinin ən yaxın rəqibləri Mark Qehi və Yoşko Qvardiol olub.

"Mançester Siti" növbəti oyununu İngiltərə Premyer Liqasının III turu çərçivəsində sentyabrın 5-də doğma meydanda "Koventri Siti"yə qarşı keçirəcək.

Rayan Şerki 2025-ci ilin yayından "şəhərlilər"in heyətində çıxış edir. Yarımmüdafiəçinin klubla müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 90 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest