04 Sentyabr 2026, 23:15
FUTBOL
PSJ yarımmüdafiəçilər Lukas Beraldo, Senni Mayulu, Joao Neveş, Fabian Ruis və müdafiəçi Vilyam Paço ilə müqavilələrin müddətinin uzadıldığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Mayulu, Beraldo, Paço və Neveşin Paris təmsilçisi ilə yeni müqavilələrinin müddəti 2031-ci ilin yayına qədər, Ruisin sözləşməsi isə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Cari mövsümdə PSJ İngiltərənin "Aston Villa" komandasını 2:1 hesabı ilə məğlub edərək UEFA Superkubokunu qazanıb. Daha sonra parislilər Fransa Superkuboku matçında "Lans"a uduzublar (0:1).
Liqa 1-in start oyunlarında isə Paris klubu "Renn" (2:2) və "Lill" (2:2) ilə heç-heçə edib.













