"Sadəcə yaradılan fürsətlərdən istifadə edə bilmirdik".

"Qəbələ" Azərbaycan Premyer Liqasının IV turunda doğma meydanda "İmişli"ni 2:1 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Amil Ağacanov oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

- Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, "İmişli" uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm.

- "Qəbələ" əvvəlki 3 oyunda qol vura bilməmişdi, bu gün isə 2 qol vurdu. Problem nə idi?
- Hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə yaradılan fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi olaraq danışdıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest