05 Sentyabr 2026, 00:30
FUTBOL
PSJ baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətinin uzadıldığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulan yeni sözləşmə imzalayıblar.
İspaniyalı mütəxəssis 2023-cü ilin yayından parislilərə rəhbərlik edir. Həmin vaxtdan bəri komanda onun baş məşqçiliyi altında 178 oyun keçirib, bu qarşılaşmalarda 123 qələbə qazanıb, 29 heç-heçə edib və 26 dəfə məğlub olub. O, Fransa nəhəngi ilə 13 titul qazanıb.
Qeyd edək ki, PSJ yarımmüdafiəçilər Lukas Beraldo, Senni Mayulu, Joao Neveş, Fabian Ruis və müdafiəçi Vilyam Paço ilə də müqavilələrin müddətinin uzadıldığını açıqlayıb.













