Türkiyə Supeliqasında IV turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında "Göztəpə" öz meydanında "Qaziantep"ə 2:4 hesabı ilə məğlub olub. Qonaqlar ilk hissədə rəqib qapısından 4 cavabsız top keçirsələr də, meydan sahibləri ikinci yarıda yalnız 2 qolla təsəllini tapıblar.

Turun son oyununda isə "Rizəspor" doğma divarlar arasında "Alanyaspor"a minimal hesabla uduzub.

Türkiyə Superliqası
IV tur
7 sentyabr

"Göztəpə" – "Qaziantep" - 2:4
Qollar:
Xuan, 51, 90+3-pen. // Halil Dərvişoğlu, 5, Myenti Abena, 10, Katsper Kozlovski, 34, 45+1

"Rizəspor" – "Alanyaspor" - 0:1
Qollar:
Zakariya Ariss, 70 (aq)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest