Azərbaycan cüdoçusu Telman Vəliyev Macarıstanın Budapeşt şəhərində keçirilən qran pri yarışında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb. 
 
Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb. Beləliklə Azərbaycan cüdoçusu Budapeştdə bürünc medala sahib olub. 
 
Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest