Para-taekvondo üzrə Azərbaycan millisi sabah növbəti reytinq yarışına yollanır. Matc.az xəbər verir ki, İordaniyanın paytaxtı Amman şəhərində iyulun 18-də keçiriləcək sayca 5-ci Asiya Açıq çempionatında yığmamız 6 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərlik etdiyi komandanın üzvlərindən İmaməddin Xəlilov (K-44) (-61 kq), Əbülfəz Abuzərli (K-44) (-75 kq), Hüseyn Həsənov (K-44) (-75 kq), Vüsal İsmayılov (K-44) (+75 kq), Röyalə Fətəliyeva (K-44) (-49 kq), Aynur Məmmədovaya (K-44) (+58 kq) medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Asiya qitəsindən qalib olacaq idmançı aktivinə 40 reytinq xalı, digər qitələrdən qatılaraq yarışın qalibi olacaq idmanançılar isə 20 xal əlavə etmiş olacaq. Yığmamız vətənə iyulun 20-də dönəcək.