"Xetafe"nin prezidenti Anxel Torres klubun "Real"ın keçmiş kapitanı və ulduzu Dani Karvaxalla güclənməyəcəyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə klub rəhbəri "El Chiringuito TV" telekanalına açıqlamasında məlumat verib.

Bildirilir ki, funksioner keçidin baş tutmadığını vurğulayıb: "Hər şey boşa çıxdı. Ortada heç nə yoxdur".

Oktyabrın 6-da tərəflərin ispaniyalı müdafiəçinin mümkün transferi ilə bağlı danışıqlar apardığı xəbər verilmişdi.

Xatırladaq ki, 2026-cı ilin yayında Karvaxal azad agentə çevrilib. Dani demək olar ki, bütün karyerasını həsr etdiyi "Real"ı tərk edib. Madridlilərin formasında 451 oyun keçirən müdafiəçi 14 qol və 66 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Kral klubu" ilə birlikdə 27 titul qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest