İngiltərə millisinin hücumçusu Harri Keyn milli komandada ən çox oyuna çıxan qapıçı Piter Şiltonun rekordunu təkrarladıqdan sonra paylaşım edib.

Matc.az xəbər verir ki, bu barədə təcrübəli hücumçu "X" sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.

"Bavariya"nın ulduz forvardı paylaşımında bu sözləri qeyd edib:

"İngiltərə millisinin heyətində keçirilən oyunların sayına görə Piter Şiltonun rekordunu təkrarlamaq mənim üçün inanılmaz bir şərəfdir. Bu formanı hər dəfə geyinəndə böyük qürur hissi keçirirəm və bu hadisəni "Uembli"də qələbə ilə qeyd etməkdən daha gözəl bir yol ola bilməzdi – ideal bir gecə idi.

Ölkəmi təmsil etmək mənim üçün hər şey deməkdir. 125 oyun geridə qaldı, qarşıda isə hələ çox oyunlar var. İnanılmaz dəstəyinizə görə təşəkkür edirəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest