"Los-Anceles"in ulduz hücumçusu Son Xin Min Cənubi Koreya millisinin tarixində ən yaxşı bombardir olub.
Matc.az xəbər verir ki, bu gün Cənubi Koreya yığması doğma meydanda keçirilən yoldaşlıq görüşündə Özbəkistan komandasına 2:0 hesabı ilə qalib gəlib. Matçda hesabı cərimə zərbəsindən vurduğu qolla məhz Son Xin Min açıb.
34 yaşlı hücumçu üçün bu qol milli komandada keçirdiyi 151 oyunda 59-cu olub. Vurduğu qolların sayına görə o, 1972-1986-cı illər ərzində 136 matçda 58 qol vuran Bum Kun Çanı geridə qoyaraq birinci yerə yüksəlib.
Keçirdiyi oyunların sayına görə də (151) Son Xin Min komandanın rekordçusudur. O, 2010-cu ilin dekabrından bəri milli komandanın şərəfini qoruyur.
Ötən ilin yayında Son Xın Min "Los-Anceles"ə Leverkuzen "Bayer"indən keçib.













