Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona çatıb. Matç.az xəbər verir ki, yarışın 8-ci günündə yarışa start verən yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının 3 üzvündə yalnız biri medallar uğrunda mübarizəni davam etdirib.

Dünya çempionatının ikiqat bürünc mükafatçısı Elvin Mürsəliyev  təsəlliverici görüşdə serbiyalı Viktor Nemetslə qarşılaşıb. 1:5 hesabı ilə məğlub olan təmsilçimiz dünya çempionatını 7-ci yerdə bitirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest