Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Kuboku yarışına start verilib. Matc.az xəbər verir ki, əvvəlcə 60, 66 və 73 kq çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar. 
 
Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib. 
 
Xatırladaq ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kubokuna iyulun 19-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest