Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Arsenal" - "Neftçi" görüşünün biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı Tula təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, bu gündən satışa çıxarılan biletləri oyun saatına qədər əldə etmək mümkün olacaq. Biletlərin qiymətləri sektorlara görə 150 rubldan (4 manat) 550 rubla qədər (15 manat) dəyişir. Ancaq ailə sektoruna giriş böyüklər üçün 200 rubldusa (5,5 manat), 14 yaşadək olan uşaqlar üçün 100 rubl (2,7 manat) qiymətinədi. 7 yaşınadək uşaqlar isə böyüklər tərəfindən müşayiət ediləcəyi və ayrı yer tutmayacağı təqdirdə stadiona pulsuz daxil ola biləcəklər.

Qeyd edək ki, "Arsenal" - "Neftçi" oyunu iyulun 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest