19 İyul 2019, 19:48
DÖYÜŞ NÖVLƏRİ
Qazaxıstanda keçirilən cüdo üzrə Asiya Açıq Kubokunun son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Matc.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov yalnız finalda uduzaraq gümüş medala sahib olub.
Xatırladaq ki, Aktau turnirinin ilk günündə cüdoçumuz Yaşar Nəcəfov bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan cüdoçuları Asiya kubokunu bir gümüş və bir bürünc medalla başa vurublar.