"Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun "İnter"ə keçidi rəsmiləşmək üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, tərəflər arasında hərtərəfli anlaşma əldə edilib.

Milanlıların bu transferə görə, 80 milyon avro ödəməsi gözlənilir. Belçikalı forvardın yeni komandasında qazancı da müəyyənləşib. Belə ki, onun "İnter"də illik məvacibi 9 milyon avro təşkil edəcək.

Lukaku özü tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün Milana yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest