"Real" üç oyunçusu La Liqanın 6-cı turunun "Elçe" ilə matçı ərəfəsində etdikləri hərəkətə görə siyasi qalmaqalın mərkəzində qalıblar. Söhbət müdafiəçi İbrahima Konate ilə hücumçular Kilian Mbappe və Vinisius Juniordan gedir.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, bütün oyunçular meydana bu yaxınlarda Mərakeşdən gələn qanunsuz miqrantların kütləvi axınından zərər çəkmiş İspaniya şəhəri Seutanın sakinlərinə dəstək yazısı olan köynəklərdə çıxıblar.

Konate, Mbappe və Vinisius köynəkləri tam geyinməyiblər – belə ki, yazı tam görünməsin. Daha sonra onlar matç başlamazdan əvvəl bu köynəkləri birinci olaraq çıxarmağa tələsiblər. "Real"ın oyunçuları qanunsuz miqrasiyaya dəstək verməkdə ittiham olunublar.

Xatırladaq ki, "Real" "Elçe" ilə matçda 3:2 hesabı ilə çətin qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest