"İnter Mayami" "Krus Asul"u Kubok Kampeones-2026 matçında məğlub edib.

Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oyun 2:0 hesabı ilə başa çatıb. "İnter Mayami" hər hissədə bir qol vurub.

24-cü dəqiqədə Lionel Messi rəqib qapısına yol tapıb. Görüşün sonunda argentinalı futbolçu Kazemiroya məhsuldar ötürmə edib və o, son beş qarşılaşmada dördüncü qolunu vurub.

Bu qələbə ilə Lionel Messi "İnter Mayami" karyerasında beşinci titulunu qazanıb. Argentinalı hücumçu daha əvvəl ABŞ təmsilçisi ilə Liqalar Kuboku (2023), Supporters Şield (2024), MLS Şərq Konfransı Çempionluğu (2025) və MLS Kuboku (2025) turnirlərinin qalibi olub. Bu uğurla ümumi titul sayını 49-a çatdıran ulduz oyunçu futbol tarixinin ən çox kubok qazanan futbolçusu statusunu qoruyur.

Qeyd edək ki, Kubok Kampeones MLS çempionu ilə Meksika Liqa MX-inin qalibi arasında hər il keçirilən futbol matçıdır. Turnir 2018-ci ildən bəri təşkil olunur və artıq hər iki liqanın aktivində dörd titul var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest