Azərbaycan milli komandasının sentyabrın 23-də Tacikistan yığması ilə Bakıda keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Roman Jitar olacaq. Ona yan xətt hakimləri Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Görüşün VAR hakimi Özbəkistandan Abduraşıd Xudoyberganov, AVAR hakimi isə Kamran Bayramov olacaq.

Qeyd edək ki, sentyabrın 23-də keçiriləcək Azərbaycan - Tacikistan matçı saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest