AFFA-nın Futbolun İnkişafı departamenti tərəfindən futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində "Şəfa" və "Sumqayıt" futbol akademiyalarına ziyarətlər təşkil olunub.

AFFA-nın Futbolun İnkişafı departamenti tərəfindən futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində "Şəfa" və "Sumqayıt" futbol akademiyalarına ziyarətlər təşkil olunub.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, akademiyalara nəzarət və keyfiyyət standartları üzrə supervayzer Sakit Rzayev, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov və "Eyeball" platforması üzrə layihə meneceri Ziya Əskərov iştirak ediblər.

Təlimlər zamanı 5 ulduz sertifikatlaşdırma modelinin tətbiqi, qiymətləndirmə və xal toplama mexanizmi, oyunçuların inkişaf yolu, yaş qrupları üzrə inkişafı və keçidi, məhsuldarlıq və çıxış göstəriciləri, məşq prosesinin planlaşdırılması və oyunçu profillərinin müəyyənləşdirilməsi ilə bağlı məlumatlar təqdim olunub.

Həmçinin futbolçuların fiziki göstəricilərinin testlər vasitəsilə qiymətləndirilməsi, əldə olunan nəticələrin məşq prosesində tətbiqi və "Eyeball" platformasının oyunçu inkişafının planlaşdırılması və monitorinqində yaratdığı imkanlar barədə məlumat verilib.

Qeyd edək ki, maarifləndirici təlim proqramı qarşıdakı günlərdə ölkənin digər futbol akademiyaları və futbol məktəblərində də davam etdiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest