Misirin paytaxtı Qahirədə baş vermiş terror aktına bu ölkənin məşhur futbolçusu Məhəmməd Salah biganə qalmayıb. "Liverpul"un oyunçusu Onkologiya Xəstəxanasına maliyyə yardımı edib. Salah xəstəxananın yenidən qurulması üçün 2,5 milyon funt-sterlinq yardım edib.

Misirin paytaxtı Qahirədə baş vermiş terror aktına bu ölkənin məşhur futbolçusu Məhəmməd Salah biganə qalmayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Liverpul"un oyunçusu Onkologiya Xəstəxanasına maliyyə yardımı edib.

Məsələ burasındadı ki, baş vermiş ağır yol qəzası nəticəsində baş vermiş güclü partlayışdan sonra yaxınlıqdakı xəstəxana ciddi zərərə uğrayıb. Salah xəstəxananın yenidən qurulması üçün 2,5 milyon funt-sterlinq yardım edib. Bunu Qahirə Universitetinin rəhbəri Məhəmməd Osman Elxost deyib.

Qeyd edək ki, hadisə nəticəsində 20 nəfər ölüb, 47 nəfər yaralanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest