“Milan” mövsümün sonunda iki aparıcı oyunçusu ilə vidalaşa bilər. Matc.az xəbər verir ki, qapıçı Mayk Menyan və Teo Ernandes Avropa nəhənglərinin maraq dairəsindədi.
 
“Bavariya” və PSJ ilə yanaşı, İngiltərə Premyer Liqası klubları cütlüyü heyətlərinə qatmaq uğrunda yarışılar. Hər iki oyunçunun “rossonyerlər”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.
 
“Milan”ın baş direktoru Corcio Furlani Fransa millisinin üzvlərinin gələcəyi onların qərarından asılı olacağını bildirib. Rəhbərlik hər iki futbolçuya 100 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest