25 Aprel 2024, 16:40
FUTBOL
İspaniya La Liqasının bəzi oyunları ABŞ-da keçirilə bilər. Matc.az xəbər verir ki, bu barədə La Liqanın rəhbəri Xavyer Tebas açıqlamasında deyib.
O bildirib ki, La Liqanın bəzi matçlarını ABŞ-da keçirməyi planlaşdırırlar. “Relevent Sports”un FİFA ilə bununla bağlı razılığı da ispanların əl-qolunu açır.
“Bunu necə reallaşdıracağımızı öyrənirik. FİFA ilə razılığa gələn “Relevent Sports” ABŞ-dakı tərəfdaşımızdı. Bu, indi mümkündü, çünki artıq maraqların toqquşması ola bilməz. Düşünürəm ki, La Liqanın bəzi matçlarının xaricdə keçirilməsinə 2025-26 mövsümündə start veriləcək”, - deyə Tebas bildirib.