Fransanın “Amyen” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Rayo Valyekano” klubunun hücumçusu Qael Kakutanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı konqolu futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
 
Fransada anadan olan, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, sonda Konqo millisini seçən Kakuta İngiltərənin “Çelsi” klubunun yetirməsidi. O, karyerası ərzində “Fulhem”, “Bolton”, “Dijon”, “Vitess”, “Latsio”, “Sevilya”, “Hebey”, “Deportivo” klublarında da forma geyinib. Qael 2017/18 mövsümündə də “Amyen”də icarədə oynayıb və 36 matçda 6 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest