Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin "Haddersfild" klubunun müdafiəçisi Matias Zanka Yorgenseni transfer edib.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı danimarkalı mərkəz müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.
 
Danimarka yığmasında 20-dən çox oyun keçirmiş Yorgensen, peşəkar karyerasına ölkəsinin "Kopenhagen" klubunda başlayıb. O, bir müddət Hollandiya təmsilçisi PSV-də legioner həyatı yaşayıb. 2017-ci ildən isə "Haddersfild"in uğurları üçün çalışırdı. Zanka bu komandanın heyətində ötən mövsüm Premyer Liqada 24 matçda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest