Fransalı futbolçu Frank Riberi təklifləri dəyərləndirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 36 yaşlı oyunçu müxtəlif ölkə klublarının maraq dairəsindədi.

Konkret olaraq "Fiorentina", "Qalatasaray", PSV, Moskva "Lokomotiv"i, həmçinin Səudiyyə Ərəbistanı klubları yarımmüdafiəçiyə təklif göndərib. Lakin futbolçunun tələbi bəzilərini geri addım atmağa vadar edib. Belə ki, Riberi ilinə 8 milyon avro maaş istəyir ki, "Fiorentina" bunu ödəmək iqtidarında olmadığını vurğulayıb.

Qeyd edək ki, Frank Riberi "Bavariya"da keçirdiyi 425 matçda 124 qol, 182 assistə imza atıb və bu yay komandanı tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest