"Əl-Nəsr"in və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib.
Matc.az xəbər verir ki, təcrübəli hücumçu "Əl-Təavun" azarkeşlərinin "Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveşə qarşı etdiyi hərəkətləri kəskin tənqid edib.
Sosial şəbəkələrdə fanatların Ruben Neveşi özündən çıxarmaq üçün ötən il avtomobil qəzasında faciəvi şəkildə həyatını itirmiş yaxın dostu Dioqu Jotanın adını sədalandırdığı videoya Ronaldo belə reaksiya verib:
"Liga mütləq tədbir görməli və azarkeşlərin bu cür davranışını cəzalandırmalıdır. Bu artıq futbol deyil və müəyyən hədlər olmalıdır. Özünü bu cür aparan insanların stadionlara daxil olmasına bir daha heç vaxt icazə verilməməlidir".
Xatırladaq ki, sözügedən qarşılaşma "Əl-Hilal"ın 6:0 hesablı qələbəsi ilə başa çatıb. "Əl-Təavun" azarkeşlərinin təxribatına tuş gələn Ruben Neveş isə tribunalara tərəf əlini göyə qaldıraraq "Allah hər şeyi görür" jestini etmişdi.







_1789300913.jpg)




