"Tottenhem" Premyer Liqa tarixində ilk dəfə mövsümün dörd start oyununun heç birində qol vura bilməyib.

Matc.az xəbər verir ki, bu barədə "Squawka" idman nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

London təmsilçisi IV tur çərçivəsində öz meydanında "Everton"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə (0:0) başa çatıb. Beləliklə, paytaxt klubu cari çempionatda keçirdiyi dörd matçda rəqib qapılarına yol tapa bilməyib.

"Tottenhem" daha əvvəl turnirin açılış oyununda "Lester Siti"yə (0:1) və II turda "Nyukasl"a (0:2) məğlub olub, III turda isə "Bornmut"la heç-heçə (0:0) edib. Dörd turdan sonra aktivində 2 xal olan London klubu turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Komanda növbəti oyununu sentyabrın 15-də İngiltərə Liqa Kubokunun üçüncü mərhələsi çərçivəsində səfərdə "Liverpul"a qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest