"Real" və qapıçı Tibo Kurtua müqavilənin müddətinin uzadılmasına yaxındırlar.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, tərəflər sözləşmənin 30 iyun 2028-ci ilə qədər uzadılması barədə razılığa gəlməyə çox yaxındırlar.
Madrid klubu 34 yaşlı qolkiperin gələcəyi ilə bağlı qərar vermək üçün mövsümün sonunu gözləmək niyyətində deyil.
Klub rəhbərliyi hazırkı səviyyəsini qoruyan belçikalı qapıçıdan daha güclü bir namizəd tapmağın qeyri-mümkün olduğunu düşünür.
Tibo Kurtua özü də "Real"da mümkün qədər uzun müddət qalmaq istəyir. Bu səbəbdən o, digər klublardan gələn daha sərfəli maliyyə təkliflərini dərhal geri çevirir.
Baş məşqçi Joze Mourinyo da belçikalı qolkiperə tam güvəndiyini bildirib.




_1789300913.jpg)







