13 Sentyabr 2026, 10:56
FUTBOL
"Real" İspaniya La Liqasının 5-ci turunda "Rayo Valyekano"nu 4:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki,bu qələbə Joze Mourinyonun baş məşqçi postuna qayıdışından sonra "Kral klubu"nun qazandığı beşinci qələbə olub.
Madrid təmsilçisi portuqaliyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi altı oyunun beşində meydandan 3 xalla ayrılıb.
"Real" daha əvvəl İspaniya çempionatında "Espanyol" (2:1), "Real Sosyedad" (4:1) və "Malaqa"nı (4:0) məğlub edib. Madridlilər UEFA Çempionlar Liqasında isə İtaliya "İnter"inə (2:1) qalib gəliblər.
Joze Mourinyonun komandası yeganə məğlubiyyətini "Betis"lə (0:1) oyunda alıb.













