Azərbaycanlı voleybol hakimi Eldar Zülfüqarov növbəti təyinatını alıb. Matc.az xəbər verir ki, benəlxalq dərəcəli referi 19 yaşadək oğlanlar arasında Tunisdə keçiriləcək dünya çempionatında iş başında olacaq.

Bu yarış 21-30 avqust tarixlərində baş tutacaq. Zülfüqarov gələn ay da oyun idarə edəcək.

Belə ki, o, sentyabrın 13-dən 29-dək kişilər arasında keçiriləcək Avropa çempionatını idarə edəcək hakimlər sırasında yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest